Qərbi Azərbaycan İcması ABŞ-ın Dövlət katibi Antoni Blinkenə məktub yazaraq, Ermənistandan qovulmuş azərbaycanlıların öz vətənlərinə (müasir Ermənistan ərazisinə - İF) dinc, təhlükəsiz və ləyaqətlə qayıtmasına ABŞ-ın dəstək verməsini xahiş edib.
Blinkenə ünvanlanmış və çərşənbə günü dərc olunmuş məktubda deyilir ki, “azərbaycanlıların kompakt yaşayan yerli əhali kimi mühüm mövcudluğa malik olduqları Ermənistandan qovulması 1987-ci ildə başlayıb və 1991-ci ildə başa çatıb”.
“Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi misli görünməmiş etnik təmizləmə nəticəsində bu ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan bu ölkədəki Azərbaycan mədəni irsini sistemli şəkildə məhv edib. Bundan əlavə, son üç onillikdə Ermənistan azərbaycanlıların öz qəbiristanlıqlarını, mədəni irsini və müqəddəs yerlərini ziyarət etmələrinə icazə verməkdən imtina edib. Hərçənd, bu ziyarətlər sülh və barışıq üçün böyük əhəmiyyət kəsb edir”, - “İnterfaks-Azərbaycan”a daxil olan sənəddə qeyd olunur.
İcmada hesab edirlər ki, azərbaycanlıların geri qayıtmaq hüququnun təmin edilməsi İrəvan və Bakı arasında davam edən danışıqların uğuru üçün zəruridir, lakin qeyd olunur ki, “bu danışıqların uğuru geri qayıtmağımız üçün şərt ola bilməz”.
“Vətənində yaşamaq əzəli və ayrılmaz hüquqdur və Ermənistan Azərbaycanla münasibətlərinin xarakterindən və danışıqların necə getməsindən asılı olmayaraq bu hüququmuza hörmət etməyə borcludur. Ermənistanın Azərbaycanla siyasi fikir ayrılıqlarının olması ona etnik azərbaycanlıları qovmaq və onların geri qayıtmasına mane olmaq haqqı vermir”, - İcma vurğulayır.
Həmçinin, təşkilatda qeyd edirlər ki, “azərbaycanlıların geri qayıtması məsələsi barədə qərar verməyi Ermənistanın ixtiyarına buraxmaq son dərəcə ədalətsiz və yanlış olardı. Bu, insan hüquqlarının aliliyi ideyasına zidd olmaqla, Ermənistanın apardığı irqi ayrı-seçkiliyin qəbul edilməsi demək olardı”.
“Buna görə də, biz ABŞ-dan xahiş edirik ki, müvafiq siyasi və təhlükəsizlik təşəbbüsləri və sosial-iqtisadi yardım proqramları həyata keçirməklə Ermənistandan qovulmuş azərbaycanlıların dinc, ləyaqətli və təhlükəsiz şəkildə öz vətənlərinə qayıtmasına kömək edərək insan hüquqlarımızı möhkəm və ardıcıl şəkildə qorusun”, - sənəddə deyilir.
Bildirilir ki, “bizim Ermənistandan təhlükəsiz və ləyaqətli qayıdış hüququmuza hörmət etmək barədə qanuni tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə zərər vuracaq şəkildə yanlış şərh edilə bilməz”.
“Biz beynəlxalq hüququn aliliyinə və dialoqun dəyərinə tam şəkildə inanırıq. (...) Əminik ki, Birləşmiş Ştatların qərəzsiz və hərtərəfli səyləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüquqlarına hörmət edilməsinə yardım edəcək və bununla da insan hüquqlarının ümumbəşəri dəyəri kimi qorunub saxlanması və davamlı sülhün bərqərar edilməsi təmin ediləcək”, - deyə İcmadan qeyd ediblər ki, “azərbaycanlıların öz vətənlərinə dinc, təhlükəsiz və ləyaqətlə qayıtmasının asanlaşdırılması ilə bağlı məsələlərdə ABŞ-ın müvafiq strukturları ilə dialoq və əməkdaşlığa hazırıq”. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət