Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Görüş Sankt-Peterbuqrda keçirilən MDB Parlamentlərarası Assambleyasının 55-ci plenar iclası çərçivəsində baş tutub.
Qafarova və Matviyenko Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verir ki, bununla əlaqədar Qafarova qeyd edib ki, İrəvan Avropa İttifaqının missiyasının bu ölkədə olmasından istifadə edərək, vəziyyəti gərginləşdirən addımlar atır və Azərbaycana qarşı hərbi təxribatlara yol verir. “Ermənistan Laçın yolundan hərbi məqsədlər üçün istifadə edir və guya Laçın yolunun bağlanmasına dair yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır”, - Qafarova vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın təxribatlari regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.
Qafarova əlavə edib ki, Ermənistanın 11 aprel tarixində törətdiyi hərbi təxribat beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verib və İrəvanın Azərbaycanla sülh prosesində maraqlı olmadığını göstərir. Ona görə də Ermənistanın bu addımları ciddi şəkildə qınanılmalıdır.
Öz növbəsində, Federasiya Şurasının mətbuat xidmətindən qeyd olunub ki, Matviyenko bəyan edib ki, Rusiya-Azərbaycan münasibətləri yüksələn xəttlə inkişaf edir. O, Rusiya və Azərbaycan prezidentləri arasında yaranmış yüksək səviyyəli etimadın və qarşılıqlı anlaşmanın olduğunu qeyd edib.
O cümlədən, həmsöhbətlər Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunması mövzusuna toxunub. "Heydər Əliyev ölkələrimizin tarixində əlamətdar fiqurdur. O, həqiqi, iri, miqyaslı dövlət lideridir, ondan öyrəniləcək çox şey var. Əlamətdar hadisələrin və ictimai-siyasi aksiyaların keçirilməsini gözləyirik", - Matvienko bildirib. O məlumat verib ki, Bakıda keçiriləcək təntənəli tədbirlərdə parlamentin yuxarı palatasının sədrinin birinci müavini Andrey Yatskinın rəhbərliyi ilə Federal Şuranın nümayəndə heyəti iştirak edəcək. **
R.Əhmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət