Azərbaycanın maliyyə naziri Samir Şərifov cümə axşamı Koreya Respublikasının ölkəmizdəki səfiri Li İn-Yonq ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” Maliyyə Nazirliyinə istinadən məlumat verir.
Görüşdə Azərbaycan-Koreya əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, Koreyanın bir çox şirkətlərinin Azərbaycanda kənd təsərrüfatı, infrastruktur və digər prioritet sahələrdə uğurla iştirak etdikləri vurğulanıb.
“Li İn-Yonq Azərbaycanın iqtisadi potensalı və coğrafi mövqeyinə görə təkcə region üçün deyil, eyni zamanda, Avropa və Asiya arasında iqtisadi əməkdaşlıq və tranzit imkanları baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, Koreya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə iştiraka marağını vurğulayıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini bildirib”, - məlumatda deyilir.
Görüşdə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında, o cümlədən infrastruktur, dağ-mədən sənayesi, kənd təsərrüfatı, ən son texnologiyaların tətbiqi və digər sahələrdə Koreya təcrübəsinin öyrənilməsinin vacibliyi qeyd olunub. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət