Bazar ertəsi Çində səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondununicraçı direktoru Anar Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Pekində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Min ilə görüşüb, tərəflər əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
“Söhbət zamanı Azərbaycanla ŞƏT arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləs aparılıb”, - Azərbaycanın rəsmi KİV-i məlumat verir.
Ələkbərov Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə böyük önəm verdiyini vurğulayaraq, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivlərindən danışıb.
“O, Azərbaycanın təşkilat yanında statusunun dialoq üzrə tərəfdaş səviyyəsindən müşahidəçi səviyyəsinə yüksəldilməsi ilə bağlı müvafiq müraciət ünvanladığını xatırladıb, Azərbaycanın ŞƏT yanında müşahidəçi statusu əldə etməsi ilə sözügedən təşkilatın fəaliyyətinə daha böyük töhfə verə biləcəyinə inamını ifadə edib”, - məlumatda vurğulanır.
Öz növbəsində, Azərbaycanın təşkilatın müşahidəçi statusunu almaq üçün müraciətinin hazırda üzv dövlətlər tərəfindən baxıldığını bildirən Can Min müraciətin müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət