Aprelin 20-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Nazirlər Kabinetinə istinadən xəbər verir.
İclasın gündəliyində Prezident İlham Əliyevin cari ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra göstəricilərini nəzərə alaraq 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) ilə bağlı hökumətə verdiyi tapşırıqlar müzakirə olunub.
İclasda maliyyə naziri Samir Şərifov məruzə ilə çıxış edib.
Prezident İlham Əliyev bu həftə bildirib ki, hökumətə 2023-cü il dövlət büdcəsinin parametrlərinə yenidən baxılmasını tapşırıb. Onun sözlərinə görə, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq.
Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat (2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 18,3%) təşkil edib. Gəlirlər üzrə plan 104,8% yerinə yetirilib.
2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin xərcləri 6 milyard 566,9 milyon manat (artım 16,7%) təşkil edib, proqnoz 111,6% icra edilib.
Nəticədə I rübdə dövlət büdcəsinin profisiti 1 milyard 723,1 milyon manat və ya hesabat dövründə ÜDM-in 5,68%-ni təşkil edib.
2023-cü il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 30 milyard 773,978 milyon manat, xərcləri üzrə proqnoz 33 milyard 353,278 milyon manat, kəsiri üzrə proqnoz 2 milyard 579,3 milyon manat (ÜDM-in 2,4%-i) təşkil edir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət