Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun Sloveniyaya işgüzar səfəri çərçivəsində hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi baş tutub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri, ticarət-iqtisadi, humanitar, enerji və investisiya sahələrində əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub. Tərəflər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və bu əlaqələrin şaxələndirilməsi istiqamətində atıla biləcək addımları müzakirə ediblər, iki ölkə arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyətinə toxunublar”, - deyə məlumatda bildirilib.
İki ölkə arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün birgə səylərin səfərbər edilməsinin vacibliyi vurğulanıb.
Məlumata görə, Xələf Xələfov postmünaqişə mərhələsi və bölgədəki cari vəziyyət, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi və doğurduğu fəsadlar, həyata keçirilən bərpa və quruculuq işləri, ərazilərin gələcək inkişafı planları barədə həmkarına məlumat verib.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət