İsrailli siyasətçi, Knessetin deputatı, “İsrail bizim evimizdir” Partiyasının sədri Aviqdor Liberman bildirib ki, Azərbaycanla İsrail arasında tam həcmdə diplomatik münasibətlər qurulub.
“Mən fəxr edirəm ki, qeyri-adi lider Heydər Əlirza oğlu Əliyev ilə görüşmək, Azərbaycanın İsraildəki səfirliyinin açılması və xarici işlər nazirlərinin bu yaxınlardakı qarşılıqlı səfərləri ilə iki dost dövlətlər arasında mövcud ola biləcək tam həcmdə diplomatik münasibətlərin qurulmasının mənbəyində durmaq şərəfinə nail olmuşam”, - deyə Liberman Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş məqaləsində yazıb.
O qeyd edib ki, 1997-ci ildə ilk dəfə İsrail hökumətində ölkənin baş nazirinin Azərbaycana səfəri ilə bağlı məsələ müzakirə olunurdu. “Mən XİN və Təhlükəsizlik Şurasının məruzələrini dinləyib, bu qurumların əməkdaşlarının geniş biliyə sahib olmasını dəyərləndirib və onların əsaslandırmalarına yekun vuraraq, öz fikrimi dedim: İsrailin Mərkəzi Asiya regionunda və Qafqazda yeganə real müttəfiqi var və bu, Azərbaycandır. Azərbaycanın tarixi ərzində heç vaxt antisemitizm, yəhudilərə qarşı talan və təqib olmayıb. Yəhudilər həmişə burada özlərini sakit və təhlükəsiz hiss ediblər. Bu, təkcə dağ yəhudilərinə deyil, XIX əsrin əvvəllərində Azərbaycanda məskunlaşmağa başlayan aşkenazi yəhudilərinə də aiddir. İsrail və Azərbaycan arasında strateji əməkdaşlıq potensialına uzunmüddətli nöqteyi-nəzərdən, təhlükəsizlik və mənafe birliyindən baxaraq, mən Azərbaycana heç bir alternativ olmadığına əminliyimi bildirdim. Müşavirənin bütün iştirakçıları mənim fikrimlə razılaşdılar”, - deyə Liberman əlavə edib.
Onun sözlərinə görə, 1997-ci ilin avqustunda baş nazirin rəhbərlik etdiyi İsrail nümayəndə heyəti ilk dəfə Bakıda səfərdə oldu.
“Azərbaycan Prezidenti ilə görüş Bakıda, onun iqamətgahında olmalı idi. Lakin Heydər Əliyev görüşü Xəzər dənizi sahilindəki iqamətgahında keçirməyi təklif etdi. O dedi: “Hərəyə bir fincan qəhvə içərik, qüruba baxarsınız və hava limanına qayıdarsınız”. “Bir fincan qəhvə” çox tutumlu oldu, çünki biz Xəzər dənizi üzərində nəinki qürubu, həm də şəfəqi seyr etdik və bizim görüşümüz növbəti gün səhər təxminən saat 8-də bitdi. Bu görüşün belə uzun çəkməsinin səbəbi Heydər Əlirza oğlunun qeyri-adi şarmı, onun erudisiyası, həm regional, həm də dünya siyasətində baş verənləri dərindən anlaması idi. (...) Heç kim tanışlığın ilk dəqiqəsindən məndə Heydər Əliyev kimi təəssürat yaratmayıb. Onun cazibədarlığı, danışıq tərzi, ünsiyyət zamanı xüsusi kübarlığı və eyni zamanda, sadəliyi elə güclü təəssürat yaradırdı ki, sanki o, həmsöhbətinə hipnoz təsiri göstərmək qabiliyyətinə malikdir. Netanyahunun o vaxtkı müşaviri Uzi Aradın da iştirak etdiyi həmin uzun gecə söhbətində biz Heydər Əliyevin analitik məharətinə, onun irəliyə baxmaq qabiliyyətinə heyran qalmışdıq. Söhbət bitəndən sonra biz çıxdıq və mən Uzi Araddan təəssüratlarını soruşdum. O, qısaca cavab verdi: “Qüdrətli liderdir”, - deyə israilli siyasətçi bildirib.
Liberman vurğulayıb ki, həmin yaddaqalan görüşdə İsrail-Azərbaycan ikitərəfli münasibətlərinin təməli qoyulmuşdu və bu münasibətlər daha sonra Heydər Əliyevin oğlu və varisi, Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin fəal köməyi və dəstəyi ilə coşqun şəkildə inkişaf etməkdə davam etdi.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət