2023-cü ildə Azərbaycanda qeyri-neft sektoru üzrə ÜDM 4,2%, 2024-cü ildə 3,6% artacaq. Beynəlxalq Valyuta Fondunun (BVF) analitikləri belə hesab edirlər.
Daha əvvəl “İnterfaks-Azərbaycan” agentliyinin BFV-nin proqnozlarına istinadən verdiyi xəbərə görə, 2023-cü ildə Azərbaycanda ÜDM 3%, 2024-cü ildə 2,6% artacaq.
BVF cari ildə Azərbaycanda ÜDM-in nominal həcmini $70 milyard, 2024-cü ildə $74,7 milyard səviyyəsində proqnozlaşdırır.
Fondun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə may icmalında öz əksini tapmış proqnozlarına əsasən, 2023-cü ildə Azərbaycanda qeyri-neft ÜDM-i 0,5%, 2024-cü ildə 0,3% artacaq.
BVF-nin qiymətləndirmələrinə görə, cari ildə Azərbaycanda orta illik inflyasiya 11,3% (2022-ci ildə 13,8%), gələn il 8% təşkil edəcək.
BVF 2023-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini $13,5 milyard və ya ÜDM-in 19,2%-i (2022-ci ildə 30,5%-i), 2024-cü ildə $13 milyard və ya ÜDM-in 17,4%-i səviyyəsində proqnozlaşdırır.
Azərbaycan hökuməti 2023-cü ildə ÜDM-in artımını 2,7%, 2024-cü ildə 4,1%, qeyri-neft ÜDM-in artımını isə müvafiq olaraq 4,5% və 4,8% səviyyəsində proqnozlaşdırır.
2022-ci ildə Azərbaycanda ÜDM 4,6%, o cümlədən qeyri-neft sektoru üzrə ÜDM 9,1% artıb, neft sektoru üzrə ÜDM isə 2,7% azalıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət