Azərbaycanda 1 may 2023-cü il tarixinə qüvvədə olan əmək müqavilələrinin sayı 1 milyon 764 min təşkil edir. Bu barədə
Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadəbəyan edib.
Onun sözlərinə görə, mayın əvvəlinə əmk müqavilələrinin sayı 1,764 milyon təşkil edib, bunun 859,884 mini – dövlət sektorunda müqavilələrin, 853,342 mini – özəl sektorda müqavilələrin payına düşüb.
2019-cu ilin yanvar ayının əvvəlinə olan göstərici ilə müqayisədə dövlət sektorunda əmək müqavilələrinin sayı 6,4% və ya 52,013 min artıb, özəl sektorda isə 58% və ya 313,42 min artım olub.
Vahabzadə vurğulayıb ki, 1 may 2023-cü il tarixinə ticarət sahəsində əmək müqavilələrinin sayı 253,297 min (2018-cu ildən etibarən artım 64,1%), xidmətlər sahəsində - 189,533 min (artım 60,9%), sənaye sahəsində - 114,534 min (artım 37,1%), tikinti sahəsində - 80,906 min (artım 45,2%), ASK sahəsində - 33,363 min (artım 64,6%), rabitə sahəsində - 17,557 min (artım 2 dəfə), maliyyə sahəsində - 30,967 min (artım 35,5%), digər sahələrdə - 99,552 min (artım 73.8%) təşkil edib.
O əlavə edib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər nəticəsində müqaviləsin işləyən 875 nəfər aşkarlanıb. 2022-ci ildə belə şəxslərin sayı 4214 nəfər təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 33,4% azdır.
Vahabzadə bəayn edib ki, əmək müqavilələrinin sayının artımı məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlərin artımına müsbət təsir edir. Xüsusilə, cari ilin birinci rübünün yekunları üzrə bu cür haqların yığımının həcmi 1 milyard 192,7 milyon manat (2022-ci ilin birinci rübü ilə müqayisədə artım 13,9%), özəl sektor daxil olmaqla – 753,2 milyon manat (artım 15,9%) təşkil edib.
Bundan başqa, birinci rübdə İşsizlikdən sığorta fonduna daxilolamlar 41,5 milyon manat (artım 17,6%), özəl sektordan daxilolmalarla birlikdə - 30,6 milyon manat (artım 19%), icbari tibbi sığorta ayırmaları üzrə daxilolmalar - 213,8 milyon manat (artım 21%), özəl sektor daxil olmaqla – 149,5 milyon manat (artım 26%) təşkil edib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət