Azərbaycanda 1 may 2023-cü il tarixinə olan vəziyyətə görə, 104,095 min aktiv kommersiya qurumu qeydiyyata alınıb, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,9% çoxdur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilir.
“Dövlət qeydiyyatında olan kommersiya qurumlarının sayı 166 min təşkil edib, onlardan 104 min 95-nin fəaliyyəti aktiv olub. (…) 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 13,9% artıb”, - “İnterfaks-Azərbaycan” agentliyi DVX-yə istinadən məlumat verir.
Mayın 1-nə kommersiya hüquqi şəxslərin 90,2%-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,3%-i səhmdar cəmiyyəti (sc), 1,1%-i kooperativ formalarda yaradılıb.
Həmçinin, 32,05 min təşkilat aktiv ƏDV ödəyiciləridir, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% çoxdur.
Yanvar-aprel ayları ərzində 5,305 min kommersiya təşkilatı dövlət qeydiyyatından keçib. Onlardan 87,7%-i yerli investisiyalar ilə şirkətlər, 12,3%-i – xarici investisiyalar ilə təşkilatlardır.
Hesabat dövründə qeydiyyata alınan kommersiya qurumlarının 82%-i eıektron formada qeydiyyatdan keçib.
Ümumilikdə, 1 may 2023-cü il tarixinə Azərbaycanda 1 milyon 442,086 min vergiödəyicisi qeydiyyata alınıb, onların 87,3%-i - fiziki şəxslər, 12,7%-i - hüquqi şəxslər və digər təşkilatlardır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 6,1%, o cümlədən fiziki şəxslərin sayı - 5,6%, hüquqi şəxslərin sayı - 9,6% artıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət