Azərbaycandan pambıq ixracının azalması obyektiv səbəblərlə əlaqədardır, bunların arasında müəyyən ixrac bazarlarında pambıq ipliyinə tələbin azalması və idxalda pambıq mahlıcına üstünlük verilməsi göstərilir.
Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığıilə dövlət strukturlarının nümayəndələrinin pambıq ixracatçıları ilə görüşü zamanı bəyan olunub.
İxracın azalmasının digər səbəbi kimi 2023-cü ilin fevral ayında Türkiyədə baş verən güclü zəlzələ nəticəsində müəssisələrin fəaliyyətinin dayandırması göstərilib.
Bundan əlavə, nəqliyyat çatışmazlığı tədarük prosesini yubadıb.
“Görüş zamanı bu məsələlər ilə bağlı şirkət nümayəndələrinin tələb və təklifləri dinlənilib və meydana gələn problemlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin aparılacağı bildirilib”, - AZPROMO-dan vurğulanır.
“İnterfaks-Azərbaycan” agentliyi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən məlumat verib ki, 2023-cü ilin yanvar-mart aylarında Azırbaycandan pamblq mahlıcı ixracı $31,3 milyon təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 56,6% azdır.
2022-ci ildə Azərbaycan $173,5 milyon dəyərində (azalma 16,6%) pambıq mahlıcı ixrac edib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət