Azərbaycan prezidenti İlham Əliyev AİŞ-ə üzv olan ölkələrlə qarşılıqlı ticarət dövriyyəsində artım qeyd edir.
“Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə, Ermənistan istisna olmaqla, əməkdaşlıq 30 il ərzində uğurla inkişaf edir. Ötən il AİŞ ölkələri ilə ticarət dövriyyəsi31% artaraq $4,7 milyard təşkil edib. 2022-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 9%-i AİŞ ölkələrinin payına düşüb”, - Əliyev cümə axşamı
Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında deyib.
Onun sözlərinə görə, cari ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi “daha 38%” artıb.
“Biz ticarət dövriyyəsinin gələcəkdə artımı üçün böyük potensial görürük”, - Əliyev əlavə edib.
Azərbaycanın nəqliyyat imkanlarına toxunaraq dövlət başçısı qeyd edib ki, ölkənin nəqliyyat infrastrukturu istənilən istiqamətdə yüklərin daşınmasına imkan yaradır.
“Azərbaycan Xəzərdə ən iri ticarət donanmasına malikdir – 50-dən çox gəmi var. 15 milyon ton yükün aşırılması üçün nəzərdə tutulmuş Ələt dəniz limanı yaxın gələcəkdə modernləşdiriləcək və yük aşırılmasının həcmi 25 milyon tona çatacaq", - Əliyev bildirib.
O, həmçinin məlumat verib ki, Bakıda istənilən növ gəmi inşa edən Gəmiqayırma Zavodu fəaliyyət göstərir. «Hazırda Xəzər üzrə qonşularımızın sifarişlərinin Bakı Gəmiqayırma Zavodunda yerləşdirilməsi ilə bağlı danışıqlar aparılır», - prezident qeyd edib.
Əliyev vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir.
“Azərbaycan həmçinin Şimal-Cənub layihəsinin iştirakçısıdır. Biz, o cümlədən, Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etmişik. Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla Muxtar Respublikası ilə birləşdirməyəcək, həm də beynəlxalq dəmiryol marşrutlarının bir hissəsinə çevriləcək. Ölkəmiz illik 500 min tondan çox yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir”, - prezident vurğulayıb.
Eyni zamanda, o deyib ki, hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri ixracın şaxələndirilməsidir.
"İqtisadiyyatın şaxələndirilməsinə gəldikdə, bu məsələ uğurla həll olunur. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq xammal sektorundan kənarda formalaşır. İxraca gəldikdə isə, qeyri-xammal ixracını artırmaq üçün hələ onun üzərində fəal işləməliyik", - prezident bildirib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət