Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-aprel ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 51,1 milyon manat (cari məzənnə ilə $30,1 milyon) ödənilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
“Cari ilin yanvar-aprel ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 40,3 milyon manat daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinə 10,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Dövlət əmlakının icarəsindən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 25,2% artıb”, - deyə məlumatda qeyd olunub.
Dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 2023-cü ilin yanvar-aprel ayları ərzində 16 hərrac keçirilib. Hərraclarda 2 səhmdar cəmiyyətinin səhm paketi, 8 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi, 198 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu müddətdə hərrac vasitəsilə 13 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
Bu ilin yanvar-aprel ayları ərzində 1045 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 223-ü qeyri-yaşayış sahələri üzrə, 822-si isə torpaq sahələrinə dair olub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət