Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Şahdağ Mehmanxana” SC-nin səhmlərinin 100%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-dan məlumat verilib.
SC-nin 45,583 min ədəd səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının hazırladığı investisiya proqramı mehmanxananın fəaliyyətinin bərpasına yönəlməlidir. Bununla əlaqədar proqramda müəssisənin yenidən qurulması və fəaliyyətinin inkişaf etdirilməsi; infrastruktur təminatının yaxşılaşdırılması və ərazisinin abadlaşdırılması; yeni iş yerlərinin yaradılması və işçilərin sosial təminatına dair təkliflər yer almalıdır.
Bundan başqa, investisiya proqramında bu məqsədlər üçün investisiyaların həcmi və yatırılma müddəti də öz əksini tapmalıdır.
Müsabiqənin qalibi dövlət büdcəsinə ən azı 35 min manat vəsait köçürməlidir.
SC-nin səhmlərinin alqı-satqı müqaviləsi müsabiqənin nəticələri təsdiq olunduğu tarixdən etibarən 30 gün müddətində imzalanmalıdır. Müqavilə imzalandıqdan qalib səhmlərin bəyan edilmiş həcminin 5%-ni 30 gün ərzində SC-nin hesabına, müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulmuş vəsaiti isə dövlət büdcəsinə köçürməlidir.
Təkliflər 19 noyabr 2015-ci il tarixinədək qəbul ediləcək. Təkliflərin qiymətləndirilməsi noyabrın 20-də baş tutacaq.
“Şahdağ Mehmanxana” SC Quba şəhərində yerləşir. Müəssisə 1929-cu ildə istifadəyə verilib. Mehmanxanada 1 nəfər çalışır.
1 oktyabr 2015-ci il tarixinə SC-nin öhdəlikləri və debitor borcu yoxdur.
Həmin tarixə müəssisənin nizamnamə kapitalı 91,166 min manata bərabərdir və nominalı 2 manat olan adi səhmlərə bölünüb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət