“Qazprombank” 2023-cü ildə Azərbaycanda ÜDM-in artımını 3%, 2024-cü ildə 3,5% səviyyəsində proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi “Qazprombank”ın icmalına istinadən xəbər verir ki, bankın 2023-2024-cü illərdə Azərbaycanda iqtisadi artım templəri ilə bağlı proqnozları aprelin sonunda ölkəyə səfər zamanı dövlət orqanlarının nümayəndələri ilə keçirilən görüşlərin yekunları üzrə yenilənib.
Bank qeyd edir ki, qeyri-neft sektoru Azərbaycanda iqtisadi artımın əsas drayveri olaraq qalır.
“Səfərin yekunları Azərbaycanda regional maliyyə mərkəzinin yaradılması potensialını üzə çıxarmağa, yerli borc bazarının inkişaf perspektivlərini qiymətləndirməyə, eləcə də bank sisteminin dayanıqlılığına əmin olmağa imkan verib”, - deyə bankdan vurğulayıblar.
Səfərin yekunları üzrə bankın nümayəndələri Azərbaycanda iqtisadi fəallığın bərpa olunmasına bir daha əmin olublar, iqtisadi artım üçün qeyri-neft-qaz sektorunun əhəmiyyətinin ciddi şəkildə artması qənaətinə gəliblər, Azərbaycanda regional maliyyə mərkəzinin yaradılması potensialını üzə çıxarıblar.
“Bundan başqa, biz Azərbaycanın suveren reytinqlərinin investisiya kateqoriyasına keçməsi üçün şərtlərin yerinə yetirilməsinə əmin olduq”, - deyə icmalda vurğulanır.
“Qaprombank”ın analitiklərinin qiymətləndirmələrinə görə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ölkənin Avrasiyanın nəqliyyat-logistika qovşağı kimi rolunu gücləndirməyə kömək edəcək: “Eyni zamanda, nəqliyyat və əlaqəli infrastrukturun inkişafı hesabına ÜDM-də nəqliyyat və tikintinin payı artacaq. Hesablamalarımıza görə, bu sahələrin Azərbaycanın ÜDM-dəki payı 2024-cü ildə 27%-ə qədər arta və 5 illik perspektivdə 30%-i keçə bilər. Bu qiymətləndirməyə Qarabağda həyata keçirilən yeni layihələrin təsiri də daxildir”, - deyə bankdan qeyd ediblər.
“Bundan əlavə, regiona turistlərin cəlb edilməsi planları iqtisadiyyatın qeyri-neft-qaz sektorunun genişlənməsinə də töhfə verəcək. Karantin məhdudiyyətlərinin aradan qaldırılması, eləcə də turist axını və qonşu ölkələrdən müəssisələrin köçürülməsi sayəsində biz ölkənin qeyri-neft-qaz sektorunda iqtisadi fəallığın bərpasını müşahidə edirik. Bu baxımdan, daxili tələbatın genişlənməsinin iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəcəyini gözləyirik. Hesablamalarımıza görə, Azərbaycanın ÜDM-də daxili ticarətin payı 2023-cü ildə 18%-ə, 2024-cü ildə isə 19%-ə yüksələcək”, - deyə Rusiya bankının analitikləri qeyd edirlər.
Azərbaycan İqtisadiyyat Nazirliyi 2023-cü ildə ÜDM-in artımını 2,7%, 2024-cü ildə 4,2% səviyyəsində proqnozlaşdırır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət