Azərbaycan Respublikasının baş naziri Əli Əsədov iyunun 5-də Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Fəaliyyət müddəti cari ayda başa çatan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus həmin vəzifədə yeni fəaliyyətə başlayacaq Rolande Praysı və bankın Azərbaycan üzrə yeni ölkə meneceri Stefani Stolmeysteri baş nazirə təqdim edib”, - deyə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Görüşdə bir çox istiqamətlərdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
“Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ötən müddət ərzində müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirildiyi bildirilib”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə bankın ümumilikdə $3,2 milyard məbləğində kredit vəsaiti hesabına Azərbaycanda 49 layihə həyata keçirilib. Hazırda 3 layihə aktivdir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət