2022-ci ildə “Azərlotereya” ASC xalis mənfəətini 5,4 dəfə - 41 milyon 98,77 min manatadək artırıb. Bu barədə audit olunmuş maliyyə hesabatənda qeyd olunur.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, 2022-ci ildə “Azərlotereya”nın lotereya biletlərinin satışından gəlirləri 2021-ci illə müqayisədə 5,9 dəfə - 258 milyon 163,707 min manata qədər artıb.
Ötən il ərzində satışların maya dəyəri 136 milyon 6,372 min manat (artım 5,9 dəfə) həcmində qiymətləndirilir.
Nəticədə, cəmiyyətin əməliyyat mənfəəti 40milyon 644,988 min manat (artım 3,3 dəfə) təşkil edib.
2022-ci ildə şirkət 332,011 min manat (azalma 15,4 dəfə) mənfəət vergisi ödəyib. Həmçinin, hesabat ilində sadələşdirilmiş vergi üzrə ödənişlər 54 milyon 351,114 min manat (2021-ci ildə belə ödənişlər olmayıb) təşkil edib.
2022-ci ilin sonuna cəmiyyətin aktivləri 87 milyon 685,171 min manata çatıb, bu da 2021-ci ilin sonuna olan göstəricidən 2,8 dəfə çoxdur.
Şirkətin öhdəlikləri 3,2 dəfə artaraq 71 milyon 835,904 min manat təşkil edib.
2022-ci ildə “Azərlotereya”nın kapitalı 62,9% - 15 milyon 849,267 min manatadək artıb. Nizamnamə kapitalı 200 min manata bərabərdir (dəyişməyib). Bölüşdürülməmiş mənfəətin həcmi 15 milyon 649,267 min manat (artım 1,6 dəfə) təşkil edib.
“Azərlotereya” ASC Azərbaycan Prezidentinin 23 noyabr 2001-ci il tarixli fərmanı ilə yaradılıb. Şirkətin təsisçisi İqtisadiyyat Nazirliyidir. “Azərlotereya” ölkənin lotereya bazarında inhisarçıdır. İqtisadiyyat Nazirliyi və Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkəti 2021-ci il fevralın 27-də “Azərlotereya” ASC-nin “YMT Sans B.V.” şirkətinə (“Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti) müqavilə əsasında idarəetməyə verilməsi haqqında” saziş imzalayıb.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət