ABŞ-ın Azərbaycanda səfiri postuna namizəd Mark Libbi Bakı ilə Vaşinqtonun əməkdaşlığını inkişaf etdirmək, həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına şərait yaratmaq niyyəti barədə bəyan edib.
Onun sözlərinə görə, Azərbaycanla terrorizmə qarşı mübarizə, sərhəd və enerji təhlükəsizliyi kimi sahələrdə əməkdaşlıq ABŞ-ın maraqlarına xidmət edir. “Namizədliyim təsdiq olunacağı halda bu sahələrdə səylərimizi iki dəfə artıracağam”, - Mark Libbi ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsində (Konqresin yuxarı palatası) dinləmələr zamanı bildirib.
O, Bakı ilə Vaşinqton arasında iqtisadi qarşılıqlı əlaqələrin dərinləşməsinə kömək edəcəyini, həmçinin ABŞ-ın Azərbaycan ilə Ermənistan arasında «ədalətli və davamlı sülh sazişinə» nail olmasında kömək göstərmək səylərini dəstəkləyəcəyini qeyd edib.
Libbinin sözlərinə görə, Bakı və İrəvan «əvvəllər olmadığı qədər» sülh sazişi imzalamağa yaxındırlar və diplomat namizədliyi təsdiqləndiyi təqdirdə tərəflərin bu məqsədə nail olmalarına kömək edəcək.
Çərşənbə axşamı ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsi (Konqresin yuxarı palatası) Birləşmiş Ştatların Azərbaycanda səfiri postuna Mark Libbin namizədliyi məsələsi ilə bağlı dinləmələr keçirib.
Mark Libbi - müşavir-elçi dərəcəsinə malik olan kadr diplomatdır. Polşa və fransız dillərində sərbəst danışır. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət