Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Bakı və İrəvan arasında sülh prosesinin irəliləməsi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına əhəmiyyətli töhfə verəcək.
“Bütün faciələrdən sonra bölgədə sülh qapısı açıqdır. Bu səbəbdən, tərəflər fürsəti əldən verməməli və məsuliyyətlə hərəkət etməlidirlər”, - Türkiyə lideri Azərbaycan səfərindən sonra türkiyəli jurnalistlərlə söhbət zamanı bildirib.
Həmçinin, o, Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda Ankaraya səfərini mühüm addım adlandırıb. “Paşinyanın Türkiyə tərəfinin dəvətinə müsbət cavab verməklə öz ölkəsində bir çox maneələri və müxalif meylləri aşdı. Mərasimdə onunla qısa olaraq görüşmək imkanım oldu. Türkiyəyə səfəri ilə bağlı minnətdarlığımı bildirdim”, - prezident deyib.
Ərdoğan, o cümlədən Paşinyanın, Qarabağ regionu da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı sözlərini vacib adlandırıb.
“Lakin, öncə də dediyim kimi, Ermənistanda Paşinyana qarşı mənfi meyllər var. Və bu çox və çox vacib məqamdır. İndiyədək Paşinyan geri addım atmayıb”, - Türkiyə lideri əlavə edib. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət