Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-may ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 61,2 milyon manat vəsait (cari məzənnə ilə $36 milyon) ödənilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
“Cari ilin yanvar-may ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 47,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Bundan başqa, daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 14 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Dövlət əmlakının icarəsindən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 36% artıb”, - deyə məlumatda qeyd olunur.
Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-may ayları ərzində 24 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin dövlətə məxsus səhmləri, 9 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 233 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu dövrdə 13 faydalı qazıntı yatağı hərrac vasitəsilə sahibkarların istifadəsinə verilib.
Bu ilin yanvar-may ayları ərzində 1 481 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 313-ü qeyri-yaşayış sahələri üzrə,1 168-i isə torpaq sahələrinə dair olub.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət