İyunun 24-də xarici işlər naziri Ceyhun Bayramov və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiç Laçın yolu ətrafında vəziyyəti müzakirə ediblər. Bu barədə XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Görüş zamanı Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-ın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış vəziyyətə münasibət bildirən Ceyhun Bayramov deyib ki, məntəqə təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb. Aprelin 23-dən etibarən yüzlərlə erməni sakinin keçidi təmin olunub.
“Erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyətin formalaşması Ermənistanın xoşuna gəlməyib və iyunun 15-də qarşı tərəf keçid məntəqəsini atəşə tutub. Nəticədə bu, Laçın sərhəd-buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneə törədib”, - deyə nazir diqqətə çatdırıb.
Azərbaycan tərəfinin hazırda sərhəd məntəqəsindən təhlükəsiz keçidə mane olmuş Ermənistanın bu hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər gördüyü diqqətə çatdırılıb. Eyni zamanda, vurğulanıb ki, Ermənistanın gələcəkdə belə təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsi zəruridir.
“Qeyd edilən zəruri tədbirlər görülməklə yanaşı, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinə və zəruri tibbi ləvazimatların təchizatına imkan yaratmağa Azərbaycan tərəfinin hazır olduğu bildirilib. Mövcud vəziyyətlə əlaqədar erməni sakinlərin digər tədarük ehtiyaclarına gəldikdə, Azərbaycan tərəfinin BQXK vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu qeyd edilib”, - deyə XİN-dən qeyd olunub.
Görüş zamanı, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət