2022-ci ilin yekunları üzrə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xalis zərəri 2021-ci ildəki 1 milyard 234,083 milyon manat məbləğində xalis mənfəətə qarşı 5 milyard 366,047 milyon manat təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə ARDNF-in “PWC” beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş 2022-ci il üzrə maliyyə hesabatında deyilir.
Maliyyə hesabatına əsasən, 2022-ci ildə ARDNF-in əməliyyat zərəri 2021-ci ildəki 1 milyard 493,819 milyon manat məbləğində əməliyyat mənfəətinə qarşı 4 milyard 945,055 milyon manat təşkil edib.
Ötən il məzənnə fərqi üzrə xalis zərər 1 milyard 455,933 milyon manat (azalma 3,2%) təşkil edib.
2022-ci ildə ARDNF-in aktivləri 9,4% - 84 milyard 109,51 milyon manata qədər, o cümlədən cari aktivləri 10,4% - 81 milyard 621,56 milyon manata qədər artıb, uzunmüddətli aktivləri 17,3% - 2 milyard 487,95 milyon manata qədər azalıb.
Fondun öhdəlikləri 7,3% - 627,829 milyon manata qədər artıb.
2022-ci ildə ARDNF-in kapitalı 9,4% - 83 milyard 481,681 milyon manata qədər artıb, kapital qoyuluşu 46 milyard 365,725 milyon manat (artım 37%), bölüşdürülməmiş mənfəət 36 milyard 585,134 milyon manat (azalma 12,5%) təşkil edib.
1999-cu ilin dekabr ayında yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət