Fransa prezidenti Emmanuel Makron ölkədə 17 yaşlı şəxsin polis əməkdaşı tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşların iştirakçılarını qınayıb, və bəyan edib ki, soyğunçuların hərəkətlərinə haqq qazandırmaq olmaz.
«Qarışıqlıq yaratmaq və institutlarımıza hücum etmək üçün bu vəziyyətdən və məqamdan istifadə edənlərin hamısını qəti sürətdə qınayıram», - Makron bəyan edib.
Cümə günü prezident vəziyyəti normallaşdırmaq tədbirlərini müzakirə edən nazirlərarası böhran əleyhinə komitənin iclasını keçirib.
Prezidentin sözlərinə görə, «bu, legitimliyi olmayan birbaşa və əsassız zorakılıqdır». Fransa mediası Makronun sözlərindən sitat gətirir. O hesab edir ki, bu cür zorakılığa heç nə haqq qazandırmır.
"Bu mənada biz bütün valideynləri məsuliyyət nümayiş etdirməyə çağırırıq. Yaşadığımız vəziyyət mütəşəkkil və təchiz olunmuş qruplar, eyni zamanda çox sayda gənclər tərəfindən yaradılır", - Makron davam edib.
«Saxlanılan xuliqanların üçdə biri gənc və ya çox gənc olan şəxslərdir», - deyə o bildirib. "Övladlarının evdə qalması valideynlərin məsuliyyətindədir. Mən onları ailə məsuliyyəti hissinə çağırıram", - prezident deyib.
O, həmçinin internet platformalarının və sosial şəbəkələrin baş verənlərdə əhəmiyyətli rol oynadığını qeyd edərək, “TikTok” və “Snapchat”ın adlarını çəkib. «İğtişaşlara çağırış üçün sosial şəbəkələrdən istifadə edənlərin identifikasiyası üçün sorğu göndəriləcək”, - Makron söz verib.
KİV-in məlumata görə, hökumət bütün kütləvi tədbirlərin müvəqqəti ləğv edilməsini tapşırıb. Belə ki, Parisin Sen-Deni əyalətində Stade de France-da hadisələrlə əlaqədar müğənni Milen Farmerin cümə axşamı üçün planlaşdırılan konsertinin ləğv edildiyi məlumat verilir.
Eyni zamanda, cümə günü günortadan sonra bir sıra yerlərdə ciddi iğtişaşlar qeyd olunub. Xüsusilə, Strasburqda Apple Store dağıdılıb. Opera binasına ziyan dəyib. Polis gözyaşardıcı qaz tətbiq edib. KİV-in məlumatına görə, bunun nəticəsində hadisələrdə iştirak etməyən insanlar da xəsarət alıb. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət