Çin bazarı Almaniya şirkətləri üçün vacibdir, buna görə də Çin tərəfi ilə ticarət əlaqələrini qoruyub saxlamaq lazımdır. Bunu DPA agentliyinə Almaniya Ticarət və Sənaye Palatasının (DİHK) prezidenti Peter Adrian deyib.
“Almaniya və Aİ hökumətləri anlaşılan səbəblərdən iqtisadiyyata ziyan vura biləcək həddən artıq böyük asılılığın yaranmasından ehtiyatlanır. Eyni zamanda, Çində iqtisadi fəaliyyət imkanlarını məqbul həddə təmin etmək hər iki ölkəyə faydalı olacaq”, - deyə o bildirib.
Adrianın sözlərinə görə, Çin Asiyada Avropa şirkətləri üçün ən vacib bazara çevrilib. Bundan başqa, Çin Avropa, o cümlədən Almaniya şirkətləri ilə yaxşı münasibətlərdən asılıdır. Buna görə də Almaniyada Çin şirkətlərinə göstərilən ədalətli münasibətin Almaniya şirkətlərinə də göstərilməsinə nail olmaq lazımdır.
O əlavə edib ki, Çinlə ticarətdən imtina Avropa regionunun iqtisadi göstəricilərinə mənfi təsir göstərəcək.*
V.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət