Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazilərində müəssisələrin yaradılmasına sərmayələr ümumilikdə 193 milyon manat ($113,5 milyon) həcmində qiymətləndirilir.
Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin İnvestisiya və iqtisadi təhlil şöbəsinin müdiri Emil Hacıyev vergiler.az portalına müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, hazırda Ağdam Sənaye Parkının rezidentlərinin sayı 17, qeyri-rezidentlərin - 5-ə çatıb.
“Bu investorlar tərəfindən Sənaye Parkına 161 milyon manatdan çox investisiyanın yatırılması, 1,4 mindən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Sahibkarlar tərəfindən Ağdam Sənaye Parkında müxtəlif ölçüdə metal profillərin, eləcə də anbar stellajlarının, boru və qutu profillərin, alçı, eksteryer suvaq, dolğu və izolyasiya materiallarının, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, müxtəlif növ dəmir məmulatların, elektrik paylayıcı avadanlıqların və elektrik yuvaların, avtomatlaşdırma və telemexanika sistemlərinin, divar kağızlarının, müxtəlif çeşiddə sintetik xalçaların, prefabrik dəmir-beton məmulatların və s. istehsalı müəssisələri inşa ediləcək”, - Hacıyev deyib.
Həmçinin, o məlumat verib ki, hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentlərinin sayı 5-ə çatıb, 1 qeyri-rezidenti var.
Hacıyevin sözlərinə görə,investorlar tərəfindən ümumi olaraq Sənaye Parkına 32 milyon manatdan çox investisiyanın yatırılması, 400-dən artıq iş yerinin yaradılması planlaşdırılır.
2021-ci il mayın 28-də Prezident İlham Əliyev “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye Parkının ərazisi 190 hektardır.
Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye Parkı 200 hektar ərazini əhatə edəcək. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət