Dövlət Turizm Agentliyi (DTA) hazırda Qarabağ və Şərqi Zəngəzurda bir neçə turizm zonasının layihələndirilməsi ilə məşğuldur. Bunu DTA sədrinin müşaviri Kənan Quluzadə deyib.
“Qarabağda turizmin inkişaf istiqamətlərindən biri Xocavənd rayonunun Tuğ kəndidir (Qarabağ iqtisadi rayonu). Hazırda zonanın layihələndirilməsi istiqamətində iş aparılır. Tuğ kəndi böyük turizm potensialına, xüsusilə şərabçılıq istiqamətinə malikdir”, - deyə Quluzadə bazar ertəsi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, DTA, həmçinin Hadrut qəsəbəsində turizmin inkişafı, eləcə də Şuşa şəhərinə gedən yolda yerləşən və turizm baxımından digər perspektiv yaşayış məntəqələrinin layihələndirilməsi üzərində işləyir.
Müşavir bildirib ki, DTA Kəlbəcərdə turizm və rekreasiya zonasının yaradılmasını da planlaşdırır, xüsusilə Kəlbəcər rayonunun İstisu qəsəbəsində müalicə-sağlamlıq mərkəzinin bərpası istiqamətində işlər aparılır.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət