Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın və xarici işlər naziri Ararat Mirzoyanın son günlər səsləndirdikləri, Ermənistan hökumətinin ikiüzlülüyünü və insan haqları kimi nəcib məfhumdan öz ərazi ekspansionist planları üçün sui-istifadə etməsini açıq-aşkar göstərən bədnam iddialarını ifşa etməklə bağlı bəyanat verib.
“Məlum olduğu kimi, Ermənistan öz ərazisindən azərbaycanlıların hamısını zorla qovmuş və mədəni irsimizi, müqəddəs yerlərimizi, məzarlıqlarımızı təhqir edərək və dağıdaraq, vətənimizdə varlığımızın izlərini silməyə çalışır. Bizim təhlükəsiz və ləyaqətlə evlərimizə qayıtmaq üçün davamlı dialoq çağırışlarımıza və səylərimizə baxmayaraq, Ermənistan hüquqlarımıza tam hörmətsizlik nümayiş etdirərək, bu məsələ ilə bağlı müzakirələrdən imtina edir”, - deyə bəyanatda bildirilir.
Qeyd olunur ki, Ermənistan öz ərazisindən qovduğu azərbaycanlıların evlərinə qayıtmasının qarşısını almağa davam edərkən, Azərbaycanın Qarabağ İqtisadi Rayonunda yaşayan etnik ermənilərlə bağlı insan haqları arqumentlərindən həyasızcasına sui-istifadə etməyə çalışır. Ermənistanın iddiaları mahiyyətcə əsassız olmaqla bərabər, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd xarakteri daşıyır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü yalnız şərti olaraq tanımaqla əsl niyyətini ortaya qoyur və bununla da separatçılıq cəhdləri üçün imkanları açıq saxlamağa çalışır. Ermənistanın bu davranışı beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və ATƏT-in dövlətlərarası münasibətlərdə milli azlıqlara dair tövsiyələrində əksini tapmış prinsiplərə tamamilə ziddir.
Qərbi Azərbaycan İcması bildirir ki, beynəlxalq ictimaiyyət Ermənistanın açıq-aşkar şəkildə öz ərazisində həyata keçirdiyi “etnik azlıq yoxdursa, problem də yoxdur” yanaşmasına əsaslanan siyasətini rədd etməlidir.
“Ədalət və geri qayıtmaq hüququ uğrunda mübarizəmizi davam etdirməklə biz dinc dialoqa sadiqliyimizi bir daha bəyan edirik. Biz dünya ictimaiyyətini etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq bütün insanların hüquqlarına hörmət edildiyi və qorunduğu bir gələcək naminə həyata keçirdiyimiz fəaliyyətimizə dəstək olmağa və bizimlə həmrəy olmağa çağırırıq”, - deyə bəyanatda vurğulanır.*
V.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət