Bakı Səudiyyə Ərəbistanı ilə möhkəm strateji münasibətlərin qurulması prosesindədir. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, Hacıyev “Asharq Al-Awsat” qəzetinə müsahibəsində bildirib ki, onun bu yaxınlarda Səudiyyə Ərəbistanına baş tutmuş səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə bərpa olunan enerji sahəsində hərtərəfli əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirə edilməsi səylərinin bir hissəsidir.
“Mənim səfərim Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında dərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə, müxtəlif sahələrdə əməkdaşlığın inkişafına və yeni imkanların araşdırılmasına yönəlib”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.
O, Bakı ilə Ər-Riyad arasındakı münasibətləri dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətləri kimi səciyyələndirib.
Hacıyev qeyd edib ki, Bakı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qınanılması ilə bağlı Səudiyyə Ərəbistanının mövqeyini yüksək qiymətləndirir. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun prinsipial mövqeyi bütün dünya üçün canlı nümunədir.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Bakı və Ər-Riyad Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir.
O, Ər-Riyadın regionda və bütün dünyada sülhün və təhlükəsizliyin qorunması səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.
Hacıyev, həmçinin bildirib ki, Azərbaycan Səudiyyə Ərəbistanına PUA hücumlarını və raket zərbələrini qeyd-şərtsiz pisləyir və bu cür hərəkətləri qəbuledilməz hesab edir.
Bakı ilə Ər-Riyad arasındakı münasibətlərə gəlincə, o, bu münasibətlərin günbəgün inkişaf etdiyini diqqətə çatdırıb.
Hacıyev bildirib ki, Bakı Səudiyyə Ərəbistanı ilə iqtisadi və ticarət sahələrində münasibətləri inkişaf etdirməyə, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi kimi sahələrdə əməkdaşlıq etməyə çalışır.
Onun sözlərinə görə, Azərbaycan Səudiyyə Ərəbistanı şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurun bərpasında fəal iştirak edəcəyini gözləyir.
Prezidentin köməkçisi əlavə edib ki, Bakı Azərbaycanın Ərəb Dövlətləri Liqası və Körfəz (Fars - İF) Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələri ilə əlaqələrinin möhkəmləndirilməsində Səudiyyə Ərəbistanının rolunu yüksək qiymətləndirir.
Hacıyev Azərbaycanın Səudiyyə Ərəbistanı və Şuranın üzvü olan digər ölkələrlə əlaqələrinin möhkəmləndirilməsi planları ilə bağlı isə deyib ki, Körfəz ölkələri ilə Azərbaycan arasında institusional əməkdaşlığın qurulması çox vacibdir.
“Biz regional və beynəlxalq təhlükəsizlik məsələlərinin həlli üçün Körfəz (Fars – İF) ölkələri ilə Azərbaycan arasında təhlükəsizlik məsələlərinə dair dialoqda iştirak edə bilərik”, - deyə o əlavə edib. Hacıyev iqtisadi-ticarət və humanitar əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıb.
Əliyevin köməkçisi Azərbaycan, Mərkəzi Asiya və Körfəz ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib.
Bundan əlavə, Hacıyev Ər-Riyadla bərpa olunan enerji sahəsində əməkdaşlığa ümidvar olduğunu deyib.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət