2022-ci il ərzində Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 342 milyom 816,304 min manat təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 61,4% azdır.
“İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, 2022-ci il ərzində «PwC Azərbaycan»ın keçirdiyi auditə əsasən, 2021-ci ildə Fondun ümumi gəlirləri 348 milyon 974,064 min manat (azalma 61,3%) təşkil edib.
Fondun ianələrdən əldə olunan gəliri 314 milyon 519,877 min manat (azalma 64,7%) təşkil edib. Fond ianələrdən əldə olunan vəsaitin bir qismini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarına yerləşdirməklə əlavə 34 milyon 454,187 min manat (artım 3,7 dəfə) maliyyə gəliri əldə edib.
Ötən il Qarabağ Dirçəliş Fondunun ümumi, inzibati və sair əməliyyat xərcləri 2 milyon 737,01 min manata (artım 5,1 dəfə) bərabər olub.
Fondun maliyyə aktivləri üzrə dəyərsizləşmə zərəri 3 milyon 633,509 min manat (azalma 64,9%) təşkil edib.
Vergidən əvvəlki mənfəət 349 milyon 612,217 min manat (azalma 60,7%), mənfəət vergisi xərci 6 milyon 795,913 min manat (artım 3,9 dəfə) təşkil edib.
2022-ci ilin sonuna Findun aktivləri 1 milyard 238 milyon 123,96 min manat (artım 39%) həcmində qiymətləndirilir.
Fondun məcmu kapitalı 1 milyard 232 milyon 159,433 min manata, öhdəlikləri – 5 milyon 964,533 min manata bərabərdir.
Prezident İlham Əliyev 2021-ci il yanvar ayının 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında” fərman imzalayıb.
Nizamnamə kapitalı 1 milyon manat olan Fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edir, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirir.
Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirir.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət