BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” perspektiv strukturunda kəşfiyyat qazma məlumatlarının interpretasiyasını başa çatdırıb. Bu barədə “İnterfaks-Azərbaycan”a “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
“Şəfəq-Asiman” dəniz blokunda qazılmış ilk kəşfiyyat quyusundan - SAX01-dən əldə edilmiş məlumatların təhlili nəticələrinin interpretasiyasını ilin birinci yarısında başa çatdırdıq. Quyuda aşkar edilmiş karbohidrogen ehtiyatlarının dəyərləndirilməsi və kəşfiyyat işlərinin növbəti mərhələsinin planlaşdırılması işləri hazırda davam edir”, - şirkətdən məlumat verilib.
Xəbər verildyi kimi,qazma əməliyyatı dənizin 623 metr dərinliyində SOCAR-ın törəmə şirkəti olan Caspian Drilling Company tərəfindən yerinə yetirilib. Quyuda qazma işlərinə 11 yanvar 2020-cı il tarixində başlanılıb.
BP və SOCAR 2021-ci ilin mart ayında “Şəfəq-Asiman” blokunda qazılan kəşfiyyat quyusunda 7189 metr dərinlikdə kompleks tədqiqat işlərinin aparılması və ilk qaz-kondensat ehtiyatlarının aşkar edilməsi ilə bağlı məlumat yayıb. Bununla da yataqda Fasilə layının qazılması uğurla tamamlanıb. Eyni zamanda, yatağın ehtiyatlarını tam şəkildə müəyyən etmək məqsədi ilə strukturun tağı istiqamətində əlavə bir qiymətləndirici yan lülənin qazılması üçün müvafiq texniki layihələndirmə aparılacaq.
“Şəfəq-Asiman” yatağı Bakıdan 125 km cənub-şərqdə yerləşir. Blok 1100 kvadrat kilometr ərazini əhatə edir. Burada dənizin dərinliyi 650-800 metr təşkil etməkdədir. “Şəfəq-Asiman” strukturu 1961-ci ildə aparılmış seysmik kəşfiyyat vasitəsi ilə aşkar olunub.
SOCAR və “BP Exploration” şirkətləri arasında blokun işlənməsi haqqında müqavilə 2010-cu ilin iyul ayında imzalanıb və 2011-ci ilin iyun ayında qüvvəyə minib. Tərəflərin hər birinin müqavilədəki payı 50% təşkil edir. Müqavilə daha 5 il uzadılma imkanı ilə 30 il müddətinə nəzərdə tutulub.
“Şəfəq-Asiman” strukturunda üçölçülü seysmik tədqiqatlar aparılıb. Strukturun ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensat həcmində qiymətləndirilir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət