Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
“Görüş zamanı, Azərbaycan-Ermənistan arasında sülh prosesi, bölgədə cari vəziyyət, Azərbaycanla Ermənistan arasında danışıqların cari vəziyyəti və perspektivləri müzakirə olunub”, - XİN-in məlumatında deyilir.
Bayramov, Ermənistanın öz öhdəliklərinə zidd olaraq, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmamasının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsinin, kommunikasiyaların açılmasına maneçilik törətməsinin bölgədə sülh və sabitliyə xidmət etmədiyini diqqətə çatdırıb.
Həmçinin, Bayramov məlumat verib ki, Ermənistanın Laçın yolunda və sərhəd buraxılış məntəqəsinə qarşı təxribatları nəzərə alınaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifi qüvvədə qalır.
Nazir guya Azərbaycanın erməni sakinləri blokadada saxladığı, Laçın sərhəd buraxılış məntəqəsinin “qeyri-legitim” olduğu barədə iddiaların əsassız olduğunu vurğulayıb.
Həmçinin, Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbuledilməz olduğu bildirilib.
“Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - XİN-dən vurğulanır. **
B.Rüstəmbəyov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət