Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Yaşar Əliyev Ermənistanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməsinin vacibliyini qeyd edərək, İrəvanın Azərbaycana, o cümlədən ölkəmizin ərzaq təhlükəsizliyi sistemlərinə vurduğu ziyanı ödəməli olduğunu bəyan edib.
“Ermənistan öz beynəlxalq öhdəliklərinə əməl etməli, silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalı, ərazi iddialarına, qanunsuz fəaliyyətlərə və dezinformasiyalara son qoymalı, mina terrorunu dayandırmalı, münaqişə zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə işıq salmalı, Azərbaycana, o cümlədən onun ərzaq təhlükəsizliyi sistemlərinə dəymiş zərəri ödəməli və iki dövlət arasında sülh müqaviləsi və sərhədin delimitasiyası üzrə danışıqlarda vicdanlı şəkildə iştirak etməlidir”, - Əliyev cümə axşamı Nyu-Yorkda (ABŞ) BMT Təhlükəsizlik Şurasında keçirilən açıq debatlarda çıxışında deyib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Əliyevin çıxışının stenoqramı Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi dərc edib.
BMT-dəki daimi nümayəndə əlavə edib ki, “Azərbaycan Ermənistanın humanitar yardım məsələsindən öz pisniyyətli məqsədləri üçün sui-istifadə etmək üzrə ardıcıl səylərini qınayır”.
Onun sözlərinə görə, Laçın sərhəd-keçid məntəqəsinin yaradılması hər hansı digər dövlətin öz sərhədlərinin təhlükəsizliyini və mühafizəsini təmin etmək, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyini təmin etmək hüququ kimi Azərbaycanın suveren hüququdur.
BMT-dəki daimi nümayəndəsi diqqətə çatdırıb ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul 2023-cü il tarixli qərarı ilə Ermənistanın Azərbaycanı Laçın yolunda və bu yol boyu yerləşdirilən bütün heyəti çıxarmaq məcburiyyətində saxlamaq xahişini yekdilliklə rədd edərək “Ermənistanın iddialarını faktiki olaraq əsassız hesab edib”.
Əliyevin sözlərinə görə, İrəvan Azərbaycan ərazilərində (Qarabağda - İF) qanunsuz yerləşdirilmiş silahlı qüvvələrini təchiz etmək məqsədilə elektron qurğuların, mikroçiplərin qaçaqmalçılığı üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən icarəyə götürülmüş avtomobillərdən edib. «Bu, beynəlxalq humanitar hüququn görülməmiş pozulmasıdır, BQXK-nin humanitar mandatı və nüfuzuna ciddi zərbədir», - Azərbaycanın BMT-dəki daimi nümayəndəsi hesab edir.
O əlavə edib ki, Azərbaycan BQXK-yə humanitar fəaliyyəti üçün Ağdam-Xankəndi marşrutundan istifadə etməyi təklif edib, “lakin hazırda bu yol Ermənistan tərəfinin quraşdırdığı beton bloklarla bağlıdır”. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət