2023-cü ilin I yarısında Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına ümumilikdə 1 milyard 788 milyon 932,9 min manat (cari məzənnə ilə $1,05 milyarddan çox) investisiya yatırılıb ki, bu da 2022-ci ilin yanvar-iyun aylarının göstəricisindən 66,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Qarabağ iqtisadi rayonuna investisiyalar 727 milyon 351,3 min manat (2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan üzrə əsas kapitala yönəldilmiş bütün investisiyaların 21,3%-i) təşkil edib ki, bunun da 701 milyon 15,8 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilib. Cari ilin I yarısında Qarabağ iqtisadi rayonuna kapital qoyuluşu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 77,5%, tikinti-quraşdırma işlərinə kapital qoyuluşu isə 78,2% artıb.
İnvestisiyaların böyük hissəsi - 319 milyon 480,9 min manat (Qarabağ üzrə bütün investisiyaların 43,9%-i) Füzuli rayonuna yatırılıb ki, bu da 2022-ci ilin yanvar-iyun aylarının göstəricisindən 84,9% çoxdur. Şuşa rayonu üzrə investisiyalar 155 milyon 679,9 min manat (artım 2,6 dəfə), Ağdam rayonu üzrə 137 milyon 487,3 min manat (artım 86,4%) təşkil edib.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə əsas kapitala 1 milyard 61 milyon 581,6 min manat vəsait (Azərbaycan üzrə əsas kapitala yatırılan bütün vəsaitin 31,2%-i) yönəldilib ki, bunun da 1 milyard 35 milyon 510,5 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Hər iki göstərici ötən ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 59,2% və 55,5% artıb.
Qeyd olunan vəsaitin böyük hissəsi - 351 milyon 521,3 min manat (Şərqi Zəngəzur üzrə əsas kapitala yönəldilən vəsaitin 33,1%-i) Laçın rayonuna yatırılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,3 dəfə çoxdur. Kəlbəcər rayonu üzrə vəsait qoyuluşu 345 milyon 239,7 min manat (artım 4,1 dəfə), Zəngilan rayonu üzrə 155 milyon 988,4 min manat məbləğində (azalma 18,8%) olub.
2022-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına ümumilikdə 4 milyard 18 milyon 769,9 min manat (cari məzənnə ilə təxminən $2,4 milyard) investisiya yatırılıb ki, bu da 2021-ci ilin göstəricisindən 1,8 dəfə çoxdur.*
N.Abbasova
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət