Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Litvanın xarici işlər naziri Qabrielius Landsbergisə Ermənistanı sülh danışıqlarında daha konstruktiv yanaşma nümayiş etdirməyə çağırmağı təklif edib.
“Ermənistanı sülh prosesini baltalamaq yerinə daha konstruktiv yanaşma nümayiş etdirməyə çağırmaq daha məqsəduyğun olardı”, - deyə A.Hacızadə bu gün “Twitter”də yazıb.
O, Litva XİN rəhbərini erməni təbliğatına aldanmamağa çağırıb və qeyd edib ki, Laçın yolu Ermənistan tərəfindən son üç il ərzində sui-istifadə edilib. “Təəssüf ki, bütün bu illər ərzində Litva susqunluq nümayiş etdirib”, - deyə A.Hacızadə vurğulayıb.
O əlavə edib ki, Azərbaycan Ermənistanın pisniyyətli əməllərinin qarşısını almaq məqsədilə Laçın sərhəd-buraxılış məntəqəsi yaradıb və Azərbaycanın Qarabağ bölgəsinə malların çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsini təklif edib. “Azərbaycan insanların Laçın yolu ilə hər iki istiqamətdə hərəkət etməsinə kömək edir”, - deyə XİN nümayəndəsi diqqətə çatdırıb.
Qeyd edək ki, litvalı nazir bu gün “Twitter” paylaşımında erməni həmkarı Ararat Mirzoyanla danışıq zamanı Laçın yolu ətrafındakı vəziyyəti müzakirə etdiyini bildirib və Bakını bu yolla maneəsiz hərəkəti təmin etməyə çağırıb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət