Avqustun 10-da Ukraynanın daxili işlər nazirinin müavini Boqdan Drapyatı Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Ukrayna DİN-in mətbuat xidmətindən verilən məlumata görə, danışıqların əsas mövzusu Ukraynanın minalardan təmizlənməsi və bu istiqamətdə rəsmi Bakının yardımı məsələsi olub.
“Azərbaycan minatəmizləmə sahəsində ukraynalı mütəxəssislər üçün təlimlər keçirəcək ölkələrin siyahısına qoşulur. Bizim təcrübəmiz sizin üçün çox maraqlıdır. Biz təkcə milli imkanlardan deyil, həm də Azərbaycanın cəlb olunduğu beynəlxalq missiyalardan danışırıq”, - deyə Mərdəliyev bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan Ukraynaya dörd əsas istiqamətdə yardım göstərməyə hazırdır. Söhbət Rusiya ilə müharibə nəticəsində zərər çəkmiş ukraynalı uşaqların tibbi-psixoloji reabilitasiyası, hərbi qulluqçuların reabilitasiyası, enerji sektorunda yardımın göstərilməsi və Ukraynanın müharibədən sonrakı bərpasından gedir.
“Biz əməkdaşlığımız üçün İrpen şəhərini seçmişik, biz şəhər infrastrukturunun bərpasından danışırıq. Layihənin konsepsiyası memarlıq mərkəzinin, idman kompleksinin bərpasını, yeni İncəsənət Mərkəzinin inkişafını, hospitalın tibbi avadanlıqlarla təmin olunmasını nəzərdə tutur”, - deyə səfir bildirib.
Görüşün sonunda Azərbaycan tərəfi Ukraynaya yeni yardım paketini elan edib. Yardım paketinə mexaniki minatəmizləmə maşını daxil olacaq.
“Biz sizə bütün lazımi köməyi göstərməyə davam edəcəyik. Prezidentimiz vəziyyəti nəzarətdə saxlayır və sizin Prezidentiniz Volodimir Zelenski ilə daim danışıqlar aparır”, - deyə o diqqətə çatdırıb.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət