Avqustun 31-dən etibarən “İrAero” aviaşirkəti Krasnoyarsk-Bakı marşrutu üzrə reyslərin sayını iki dəfə artıracaq.
“Avqustun 31-dən “İrAero” Kranoyarskdan Bakıya həftənin cümə axşamı günləri əlavə reys açır. Beləliklə, aviaşirkətin təyyarələri cümə axşamı və bazar günləri Azərbaycan paytaxtına uçuş həyata keçirəcəklər”, - “İnterfaks-Azərbaycan” aviadaşıyıcıya istinadən xəbər verir. Cümə axşamı Krasnoyarskdan uçuş 20:20-də, Bakıya eniş – 22:10-da olacaq. Əks istiqamətdə Bakıdan uçuş 11:30-da, Krasnoyarskda eniş 19:10-da olacaq. Hər hava limanı üçün yerli vaxt qeyd olunub. Uçuş müddəti 4,5 saatdır.
Cümə axşamı reyslər 2023-cü il avqustun 31-dən sentyabrın 28-dək yerinə yetiriləcək.
Aviaşirkətin məlumatına görə, oktybr ayında reyslər həftənin cümə axşamı günləri ayın 5-dən 26-dək həyata keçiriləcək. Krasnoyarskdan uçuş saat 18:55-də, Bakıya eniş saat 20:45-də olacaq. Əks istiqamətdə Bakıdan uçuş 10:00-da, Krasnoyarskda eniş saat 17:40-da olacaq.
Həftənin bazar günləri Kranoyarskdan uçuş saat 18:00-da, Bakı Hava Limanına eniş saat 19:50-də olacaq. Əks istiqamətdə Bakıdan uçuş saat 9:10-da, Krasnoyarskda eniş yerli vaxtla 16:50-də olacaq.
Qeyd olunan istiqamətlər üzrə reyslər «SSJ 100» laynerləri ilə yerinə yetirilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət