Azərbaycan və Çin arasında “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Sazişi" imzalanıb.
“İnterfaks-Azərbaycan”a İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, sənəd iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Çində ÇXR-in Milli İnkişaf və İslahat Komissiyasının sədri Cenq Şanciye ilə görüşünün yekunlarına dair imzalanıb.
Saziş iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, bilik əsaslı sənaye və innovasiya, o cümlədən 4Sİ texnologiyalarının tətbiqi istiqamətində əməkdaşlığı nəzərdə tutur.
“Görüşdə dayanıqlı inkişafın təmin olunması sahəsində ölkəmizdə görülən işlər barədə məlumat verilib, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində davamlı iqtisadi yüksəlişə, həmçinin azad edilmiş ərazilərimizdə aparılan reinteqrasiya işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi önəm verildiyi vurğulanıb”, - İqtisadiyyat Nazirliyindən qeyd olunub.
Tərəflər həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 22-ci iclası çərçivəsində Səmərqənddə keçirilən görüşdə hər iki ölkənin dövlət başçıları tərəfindən əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsi istiqamətində görülən işləri müzakirə ediblər. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət