Avropa İttifaqı (Aİ) Qarabağın fasiləsiz təchizatının təmin edilməsi məqsədilə həm Laçın yolu, həm də Ağdam yolundan istifadə olunmasının tərəfdarıdır.
“Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel ardıcıl olaraq Laçın yolundan tam istifadəni və Ağdam vasitəsilə marşrutun açılmasını nəzərdə tutan mərhələli yanaşma təklif edib”, - Mişelin rəsmi nümayəndəsi cümə günü Brüsseldə dərc olunan bəyanatda qeyd edib.
Bəyanatda deyilir ki, “Aİ qəti şəkildə hesab edir ki, Ağdam yolundan istifadə təcili və gündəlik əsas ehtiyaclarla bağlı təchizatın təmin edilməsi üçün konkret və davamlı həllin bir hissəsi ola bilər”.
Mişelin nümayəndəsinin sözlərinə görə, bu addımların ardıcıllığı və bu yollar vasitəsilə çatdırılacaq yükün növü, eləcə də müşayiətedici prosedurlar “Aİ nümayəndələri və tərəflərin son müzakirələrinin əsasını təşkil edib”.
Sənəddə məlumat verilir ki, Aİ tərəfi həmçinin Bakının Qarabağ ermənilərinin Laçın yolu ilə gediş-gəlişlə bağlı prosedurlara aydınlıq gətirməsinin vacibliyini vurğulayıb. Mişelin nümayəndəsi bildirir ki, bu təmaslar zamanı Aİ tərəfindən “uzunmüddətli və dayanıqlı həllə nail olmaq üçün münaqişənin irsinin aradan qaldırılmasının zərurliyi» vurğulanıb. Sənəddə qeyd olunub ki, bu mənada Bakı ilə
Xankəndi arasında dialoq mühüm əhəmiyyət kəsb edəcək. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət