Prezident İlham Əliyev sentyabrın 7-də “Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin yaradılması haqqında” fərman imzalayıb.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, fərmana əsasən, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC və “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin tabeliyinə verilir.
“Holdinq silah istehsalının, ixracının, satışının təşkilini həyata keçirəcək, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirəcək”, - deyə dövlət başçısının saytında dərc olunmuş fərmanın mətnində bildirilir.
Holdinqin yaradılmasında məqsəd Azərbaycanın müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması və ordunun hərbi-texniki təchizatının daxili istehsal hesabına təmin edilməsi, ölkənin regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olunması, habelə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətədavamlılığının, maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, vahid prinsiplər əsasında idarə olunmasından ibarətdir.
Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılır.
Nazirlər Kabinetinə iki ay müddətində Cəmiyyətin nizamnamə kapitalının miqdarını, işçilərinin say həddini və strukturunu müəyyən etmək, Müdafiə Sənayesi Nazirliyinin, onun strukturuna daxil olan qurumların və tabeliyində olan hüquqi şəxslərin balansında olan və Cəmiyyətin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının inventarizasiyasını apararaq, həmin dövlət əmlakının Cəmiyyətin balansına verilməsi ilə bağlı beş ay müddətində tədbirlər görmək tapşırılıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət