Azrbaycan Səhiyyə Nazirliyi tərəfindən “2024-2028-ci illər üçün rəqəmsal səhiyyə üzrə Milli Strategiya” hazırlanıb.Bu barədə səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov bəyan edib.
“Prezident İlham Əliyev tərəfindən vətəndaşların həyat keyfiyyətinin yüksəlməsinə, eləcə də ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına təsir edən amil kimi qeyd olunub. Bu məqsədlə dövlət başçısının müvafiq Fərmanına uyğun olaraq “Səhiyyə Transformasiya Mərkəzi” işçi qrupu yaradılıb. Eyni zamanda, “Rəqəmsal səhiyyəyə baxış” və “2024-2028-ci illər üçün rəqəmsal səhiyyə üzrə Milli Strategiya” sənədləri hazırlanıb”, - Hacıəlibəyov Səhiyyə Nazilriyinin mətbuat xidmətinə müsahibəsində deyib.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, onun sözlərinə görə, səhiyyənin rəqəmsallaşdırılması sayəsində həyata keçirilən bir sıra təşəbbüslərə baxmayaraq, bu sahədə xəstəliklərin diaqnostikası və keyfiyyətli tibbi xidmətlərin göstərilməsi informasiya-kommunikasiya texnologiyaların geniş tətbiqinə və spektrinin artırılmasına tələbatı daha da gücləndirir.
“Səhiyyənin rəqəmsallaşdırılması strategiyası vahid platforma üzərindən qərarların qəbulu prosesində mərkəzələşdirilmiş informasiya məkanına məlumatların daxil edilməsi nəticəsində tibb işçiləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılmasını təmin edən fundamental texnoloji yanaşmadır”, - Hacıəlibəyov vurğulayıb.
Bu platformanın əsasını vətəndaşın elektron profili təşkil edir. Elektron profildə səhiyyə işçiləri üçün real vaxt rejimində əlçatan olan insanların bütün həyat dövrünü əhatə edən məlumatlar cəmləşdirilir.
«Bu, vətəndaşların sağlamlığının cari vəziyyəti haqqında informasiyaların toplanması, sonrakı təhlili, o cümlədən retrospektiv göstəricilər üçün əsas vasitədir. Bu da xəstəliklərin tarixinin daha mükəmməl təhlili, onların dəqiq diaqnozu, eləcə də tətbiq olunan müalicə üsullarının təkmilləşdirilməsi üçün mühüm rol oynayacaq. Bu məlumatlar həm də ölkə üzrə vətəndaşların çoxşaxəli sağlamlıq təhlili, qərarların dəstəklənməsi və real vaxt rejimində sahənin strateji planlaşdırılması üçün əsas olacaq”, - Hacıəlibəyov deyib.
Həmçinin, o qeyd edib ki, səhiyyənin rəqəmsallaşdırılması əhaliyə çoxspektorlu tibbi xidmətlərin göstərilməsi üzrə keyfiyyətcə yeni innovativ yanaşmanı şərtləndirəcək, həmçinin tibb işçilərinin və Azərbaycan səhiyyə ekosisteminin müxtəlif mərhələlərində tibbi xidmətlər göstərən subyektlərin işini optimallaşdıracaq.
“Bundan başqa,səhiyyənin rəqəmsallaşdırılması sistemdə bürokratiyanı və subyektivizmi aradan qaldırmaqla, coğrafiyasından asılı olmayaraq vətəndaşlara göstərilən tibbi xidmətlərin əlçatanlığı və keyfiyyətinin artırılması, habelə formalaşmasına və qiymətləndirilməsinə cəlb edilməsi nəzərdə tutulan elektron xidmətlər vasitəsilə onların fərdiləşdirilməsini təmin edəcək”, - Hacıəlibəyov vurğulayıb.
Onun sözlərinə görə, dövlət səhiyyə sektorunda strateji planlaşdırma, həyata keçirmə və monitorinq, böhran vəziyyətlərinə (məsələn, pandemiyalara) hazırlıq üçün genişləndirilmiş imkanlar, habelə səhiyyənin şəffaflığının artırılması hesabına əlavə iqtisadi impuls verəcək.
Hacıəlibəyov qeyd edib ki,tibbi sığorta sahəsi həm də vətəndaşların sağlamlığında obyektiv yanaşmalar tətbiq etməklə səmərəliliyini və maliyyə dayanıqlığını artıra biləcək. Bu da tibbi sığortanın yeni iqtisadi modellərinin işlənib hazırlanmasına və tətbiqinə imkan verəcək.
Eyni zamanda, o bildirib ki, beynəlxalq təcrübə, o cümlədən rəqəmsallaşma sahəsində yol verilmiş səhvlər nəzərə alınaraq, “2024-2028-ci illər üçün rəqəmsal səhiyyə Milli Strategiyası”nda rəqəmsal dəyişikliklərə mövcud hazırlıq dərəcəsi və sonrakı illərdə onun əhəmiyyətli artımı ilə əlaqəli rəqəmsal səhiyyə modelinin tətbiqi qərara alınıb.
“Səhiyyə sektorunun sistemli rəqəmsallaşması bu sahədə problemlərin həllinə və faydaların maksimuma çatdırılması üçün texnoloji həllərin tətbiqinə, eyni zamanda bütün maraq tərəflərin tədricən cəlb edilməsinə yönəlmiş strateji bir yanaşmadır”, - Hacıəlibəyov vurğulayıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət