Azərbaycan öz suveren ərazilərində təlim məqsədilə, habelə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün qüvvələrini istənilən istiqamətə yönəltmək hüququ var. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bəyan edib.
“Azərbaycan Respublikasının öz suveren ərazilərində təlim məqsədilə, habelə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün qüvvələrini istənilən istiqamətə yönəltmək hüququ vardır və bu addımlara müdaxilə qəbuledilməzdir”, - Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın Cənubi Qafqazda vəziyyətə dair fikirlərini şərh edrkən bildirib.
Onun sözlərinə görə, Bakı Lejandrın regionda sülhə və sabitliyə xidmət etməyən, mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və birtərəfli qaydada Ermənistanı müdafiə edən fikirlərini qəbuledilməz hesab edir.
Hacızadə vurğulayıb ki, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmi eyni dərəcədə möhkəm və qətiyyətlidir.
O əlavə edib ki, bölgədə əsas təhdid mənbəyi Azərbaycan ərazilərindən (Qarabağ regionundan - İF) hələ də çıxarılmayan və Ermənistan tərəfindən birbaşa dəstəklənən erməni silahlı qüvvələrinin mövcudluğudur.
“Fransa tərəfinin bölgədə guya "blokada" və "humanitar böhran"a dair əsassız iddialarına gəldikdə isə, sözügedən fikirlər Ermənistanın ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlardan sui-istifadə etməklə Azərbaycana qarşı bütün dünyada apardığı qarayaxma kampaniyasının tərkib hissəsidir. Ermənistanın vəziyyəti beynəlxalq birliyə "humanitar" xarakterli məsələ kimi təqdim etməyə çalışması, əslində ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş siyasi manipulyasiya olması heç bir şübhə doğurmamalıdır”, - Hacızadə qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan özünün Qarabağ bölgəsinə yüklərin Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə və Azərbaycanın qanunvericilik tələblərinə riayət etməklə daşınması üçün Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından və digər mümkün yollardan istifadənin mümkün olduğunu bəyan edib.
«Fransa tərəfindən Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda kövrək normallaşma prosesini təhlükə altına alan bu kimi əsassız bəyanatlara son qoyulmasını tələb edirik”, - Hacızadənin çərşənbə günü “İnterfaks-Azərbaycan”a daxil olan şərhində deyilir. **
R.Əhmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət