Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı qruplaşmalarına qarşı yeni hərbi əməliyyatların keçirilməsinə Azərbaycan vətəndaşlarının münasibətini öyrənmək məqsədilə sorğu keçirib.
Bu gün STM-in saytında dərc olunmuş sorğunun nəticələrinə əsasən, “Azərbaycan Qarabağda qanunsuz silahlı qruplaşmalara qarşı yeni hərbi əməliyyatlar keçirməlidirmi?” sualına respondentlərin 71.3%-i “bəli” cavabını verib.
Sorğuda iştirak edənlərin 24.1%-i əks mövqedən çıxış edərək yeni hərbi əməliyyatların keçirilməsini istəmədiyini bildirib. Respondentlərin 4.6%-i bu suala cavab verməkdə çətinlik çəkib.
Rəy sorğusunun 2022-ci ilin dekabr ayı üzrə göstəricilərində yeni hərbi əməliyyatların keçirilməsinə respondentlərin 48%-i dəstəyini ifadə etmişdi. Onların 39.6%-i yeni hərbi əməliyyatların keçirilməsi ilə bağlı əks mövqeyini ifadə etmiş, 12.4%-i isə bu sualla bağlı rəyini ifadə etməkdə çətinlik çəkmişdi.
Sentyabr ayında Qarabağda erməni silahlı qruplaşmalarına qarşı hərbi əməliyyatların keçirilməsini dəstəkləyənlər 85% təşkil etmişdi. 9.5% respondent yeni hərbi əməliyyatları dəstəkləməmişdi, 5.5%-i isə bu suala cavab verməkdə çətinlik çəkmişdi.
Sosial Tədqiqatlar Mərkəzinin 2022-ci ilin avqust ayında keçirdiyi rəy sorğusunda Qarabağda erməni silahlı qruplaşmalarına qarşı hərbi əməliyyatların keçirilməsini 80.5% respondent dəstəkləmişdi. 6.8%-i əks mövqedə qərarlaşmış, 12.7%-i bu suala cavab verməkdə çətinlik çəkmişdi.
Sorğu sentyabrda telefonla müsahibə formasında keçirilib və Azərbaycanın bir sıra bölgələrini əhatə edib. Sorğuda 18 yaşından yuxarı 390 respondent iştirak edib.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət