Çərşənbə axşamı Azərbaycan Ordusunun Qarabağda başladığı lokal antiterror tədbirləri nəzərə alaraq Daxili İşlər Nazirliyinin şəxsi heyəti gücləndirilmiş iş rejiminə keçib. Bu barədə nazirliyin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev bəyan edib.
O bildirib ki, Azərbaycan cəmiyyətində mümkün təxribat, təhdid, hər hansı hüquqazidd hallarla bağlı qəti tədbirlərin görülməsi ilə bağlı Azərbaycan polisinə, Daxili İşlər Nazirliyinə, şəxsi heyətə göstəriş verilib.
“ Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri ilə bağlı ölkənin bütün ərazisində Daxili İşlər Nazirliyinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Onlara istənilən mümkün təxribatlar, təhdidlər və hüquqa zidd hallarla bağlı tədbirlər görülməsi üçün müvafiq göstərişlər verilib”, - Hacıyev bu gün brifinqdə qeyd edib.
O, həmçinin əhalini şübhəli məzmunlu və dezinformasiya xarakterli xəbərləri tirajlamamağa, yalnız dövlət qurumlarının rəsmi mənbələrinə istinadən məlumatlara inanmağa çağırıb.
“Bununla əlaqədar ölkədə “TikTok” sosial şəbəkəsinin fəaliyyəti məhdudlaşdırılıb”, - o əlavə edib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət