Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə görüşüb, tərəflər ikitərəfli münasibətləri və Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər.
Azərbaycan XİN-in məlumatına görə, görüş Nyu York şəhərində BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutub.
“Nazirlər Azərbaycan və İtaliya arasında əlaqələrin bütün sahələrdə, xüsusilə, iqtisadi, enerji, humanitar əlaqələrin yüksələn xəttlə inkişafından məmnunluq ifadə ediblər”, - XİN-dən vurğulanır.
Bayramov Tayanini post-münaqişə dövründə Ermənistan ilə ikitərəfli münasibətlərin normallaşması və azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması istiqamətində Azərbaycan tərəfindən atılan ardıcıl addımlar haqqında məlumatlandırıb. Azərbaycan XİN başçısı həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror əməliyyatı barədə məlumatlandırıb və bu əməliyyatı şərtləndirən amilləri diqqətə çatdırıb.
“Bayramov vurğulayıb ki, beynəlxalq hüququ və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 4-cü bəndini kobud şəkildə pozmaqla Ermənistanın hələ də öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmaması, bütün mümkün siyasi, hərbi, maliyyə və ideoloji vasitələrlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı seperatçılığı dəstəkləməkdə və təşviq etməkdə davam etməsi regionda gərginliyin əsas səbəbidir”, - XİN-dən bildirilir.
O əlavə edib ki, Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə iri miqyaslı hərbi təxribata hazırlıq görülüb.
Bayramov vurğulayıb ki, silahlı qüvvələr tərəfindən həyata keçirilən lokal anti-terror əməliyyatının müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparılır, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədi güdür.
“Əməliyyat gedişində mülki şəxslərin və mülki infrastruktura zərər dəyməməsi üçün bütün tədbirlər görülüb”, - XİN-dən qeyd olunur.
Görüş zamanı Bayramov bəyan edib ki, Azərbaycan Qarabağ İqtisadi rayonunun erməni sakinlərinin bütün hüquq və azadlıqlarının, onların təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmləri əsasında təmin etməkdə qətiyyətlidir.
“Azərbaycan XİN başçısı qeyd edib ki, bölgədə vəziyyətin sabitləşməsi üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması, qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi, qanunsuz rejimin bütün ünsürlərinin buraxılması labüddür”, - nazirlikdən vurğulanır.
Bu gün Müdafiə Nazilriyi elan edib ki, Azərbaycan Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb.
Xəbər verildiyi kimi, çərşənbə axşamı səhər saatlarında Qarabağda Ermənistan tərəfinin yerləşdirdiyi minaların partlaması nəticəsində 6 Azərbaycan vətənsdaşı: 4 hərbçi və 2 mülki şəxs həlak olub. Rəsmi Bakı bunu terror aktı kimi qiymətləndirir. **
R.Əhmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət