Bakı sentyabrın 21-də BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində vəziyyətlə bağlı təcili iclasının keçirilməsinin məqsədəuyğun olmadığını hesab edir. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.
“Hesab edirik ki, bu cür lokal məsələnin BMT TŞ səviyyəsində müzakirəsi xeyirdən çox ziyan gətirəcək. Biz istəməzdik ki, bugünkü kövrək vəziyyət daha da pisləşsin. Əgər iclas keçirilərsə, Azərbaycan öz legitim narahatlığını və baxışını ifadə edəcək”, – deyə o bildirib.
Öz növbəsində, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov müvafiq ölkələrə müraciət edərək Azərbaycana qarşı hər hansı bir addım atarkən iki dəfə düşünməyi təklif edib. “Biz BMT TŞ-nin iclasını çağırmaq istəyənlərə müraciət edirik ki, atılacaq addımların ümumi sülh gündəliyinin təşviqi üçün nə dərəcədə faydalı ola biləcəyini düşünsünlər. Ümid edirəm ki, Azərbaycanın bu müraciəti eşidiləcək və görüş Ermənistanla münasibətlərin normallaşmasına mənfi təsir göstərməyəcək”, - deyə o vurğulayıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət