Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov müraciətlə çıxış edərək bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələrinin ölkənin Qarabağ regionunda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəhayət, bölgədə yaşayan ermənilərə ayrıseçkilik və təcrid olunmaqdan qurtulmağa, həmçinin sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına imkan verəcək.
"Əzizlərim, Qarabağ erməniləri! Otuz il ərzində Qarabağ ermənilərinin bir neçə nəsli qondarma «hakimiyyətlər» tərəfindən ayrıseçkiliyə, zorakılığa, təcridə məruz qalmışdır. Sizlərin bir qismi sosial və siyasi səbəblərə görə Qarabağı tərk etmək məcburiyyətində qalıblar. Bütün problemlərinizin təqsirkarları keçmiş «rəhbərlərdir» - R.Koçaryan, A.Qukasyan, B.Saakyan, A.Arutyunyan və s. Xainlərdən ibarət bu "rejim" bir vaxtlar çiçəklənən diyar olan Qarabağı və onun ətrafındakı bir sıra rayonları tam iflasa, sosial problemlərə, insan tələfatına gətirib", - Ağacanovun “İnterfak-Azərbaycan”a daxil olan müraciətində deyilir.
Onun fikrincə, mövcud vəziyyətin günahını bu qanunsuz rejimi maliyyələşdirən və silahlandıran Ermənistanın keçmiş və hazırkı rəhbərləri bölüşməlidir.
"Qarabağın sadə sakinləri illərdir bu rejimin girovu olub. Azərbaycanın rəsmi hakimiyyəti dəfələrlə məsələnin sülh yolu ilə həlli üçün müxtəlif mexanizmlər təklif edib, lakin Qarabağdakı «rejim», Ermənistan və onların xaricdəki himayədarları Bakının bütün təkliflərini rədd edib. Və nəticədə nəyə nail oldular? Yalnız şəxsi varlanmaya, sadə qarabağlılar isə bu illər ərzində müxtəlif çətinliklərlə üzləşməyə məcbur oldular. Sonda Azərbaycan hakimiyyəti öz ərazisindəki «boz zonanı» ləğv etmək, habelə Qarabağ ermənilərini bu «rejimdən» azad etmək üçün həddindən qəti tədbirlər görməyə məcbur oldu. Bəli, məhz azad etmək, çünki Azərbaycanın tərkibində yaşamaq istəyən kifayət qədər Qarabağ ermənisi var", - o qeyd edib.
Ağacanov əlavə edib: "Əzizlərim, siz uzun müddətdir təcrid olunmusunuz. Lakin bu gün sizin bu dövrdə Yevlaxda Azərbaycan hakimiyyətinin səlahiyyətli nümayəndələri ilə birbaşa danışıqlar aparmaq şansınız var. Bu şansı qaçırmayın. Qorxmayın, əvvəlki marionet rejimin nümayəndələri artıq yoxdur. Sosial, humanitar problemlərinizi Azərbaycanın rəsmi hakimiyyətinin nümayəndələri ilə açıq müzakirə edin. Onlara Azərbaycanın Qarabağda hakimiyyət orqanlarının necə qurulacağı, yaşadığınız infrastrukturun bərpasının necə həyata keçiriləcəyi barədə təkliflərlə müraciət edin. Əminəm ki, bütün zəruri təhlükəsizlik təminatlarımız olacaq. Təhlükəsizliyin ən yaxşı təminatı isə Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycan xalqıdır". **
R.Əhmədov
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət