Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti (AAM) “Qızılbulaq” qızıl və “Demirli” mis-molibden yataqlarına çıxış əldə etmək üçün Azərbaycanın Qarabağ iqtisadi rayonundakı vəziyyəti izləyir.
"Mətbuatda Azərbaycan hökumətinin müqavilə ərazilərimizdə yerləşən Dəmirli/Qızılbulaq mədəninə nəzarəti geri qaytardığı barədə məlumatlar yayılıb. Biz Qarabağdakı son hadisələri yaxından izləyirik və səhmdarları məlumatlandıracağıq”, - “Interfaks-Azərbaycan” şirkətin məlumatından sitat gətirir.
Şirkət qeyd edir ki, Azərbaycan hakimiyyətindən “Qızılbulaq” və “Dəmirli” yataqlarına çıxış üçün icazəyə ümid edir.
«Hökumət şirkətin kəşfiyyat və faydalı qazıntılar aparmaq üçün regiona fiziki girişini təmin edilməsinə şərait yaradacaq», - AAM qeyd edir.
“Anglo Asian Mining PLC”-nin məlumatına görə, 462 kv. km sahəsi olan “Qızılbulaq» müqavilə sahəsi bir neçə mədənə malikdir və kəşfiyyat üçün əla potensiala malikdir, «bölgədə çox sayda faydalı qazıntı yataqlarının və məlum obyektlərin olması bunu sübut edir”.
«Qızılbulaq” mis-qızıl mədənində bir neçə il əvvəl bağlanmadan öncə illik 35 min unsiyaya qədər qızıl hasil edildiyi barədə məlumatlar var, bu da qızılın minerallaşması sisteminin mövcudluğunu göstərir», - məlumatda bildirilir.
“Dəmirli” müqavilə sahəsi Azərbaycanın Qarabağ iqtisadi rayonunda “Qızılbulaq” müqavilə sahəsinə (Tərtər rayonunda - İF) bitişikdir, bu da işlənmə zonasının şimal-şərq istiqamətində genişləndirilməsinə imkan verəcək. “Dəmirli” 74 kv. km ərazini əhatə edir. Bu müqavilə sahəsinə “Dəmirli” mis-molibden yatağı daxildir. 2016-cı ilin yanvar ayına olan təsdiqlənməmiş məlumatlara görə, yatağın tərkibində təxminən 275 min ton mis və 3,2 min ton molibden var.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (2021-ci illə müqayisədə azalma 11,4% - İF), 182,046 min unsiya gümüş (artım 17,8%) və 2,516 min ton mis (azalma 5%) hasil edib. 2022-ci ildə dünya bazarlarında bir unsiyası $1,783 min olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7%) satılıb. **
N.Abbasova
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət