Azərbaycan dünya bazarında rəqabət qabiliyyətini qorumaq və resurs bazasını səmərəli inkişaf etdirmək üçün dekarbonizasiya üzrə ciddi tədbirlər görməlidir. “Boston Consulting Group”un (BCG) icraçı direktpru və tərəfdaşı Anton Kosaç belə hesab edir.
"Karbohidrogenlər bütün dünyada və Azərbaycanda enerji balansının mühüm hissəsi olaraq qalır. Lakin Azərbaycanın dekarbonizasiya istiqamətində ciddi tədbirlər görməsi tələb olunacaq. Bu, dünya bazarında rəqabət qabiliyyətini qorumaq və resurs bazasını səmərəli inkişaf etdirmək üçün lazımdır. Bu, həmçinin Aİ ölkələri və digər iri bazarlar üçün əlverişli və keyfiyyətli enerji resurslarının etibarlı tədarükçüsü kimi ölkə statusunun möhkəmləndirilməsi üçün vacibdir", - Kosaç bildirib.
«İnterfaks-Azərbaycan» xəbər verir ki, Boston Consulting Group (BCG) Enerjinin İnkişafı Mərkəzi cümə günü «The Energy Transition Blueprint» («Enerji keçidi planı») dərc edilib.
Nəşrdə qeyd olunur ki, “qızğın dekarbonizasiya” 2010-cu ildə başlayıb, onun pik nöqtəsi isə 2020-2021-ci illərə təsadüf edib.
"Təxminən bu dövrdə Azərbaycan tərəfindən 2030-cu ilə qədər tullantıların 30% azaldılması istiqamətində iddialı hədəflər qoyulub. 7 il qalır, bu da iri şirkətlər üçün təxminən bir investisiya dövrünə bərabərdir. Planlaşdırılan işləri həyata keçirmək və daha əvvəl başlamış bazar iştirakçıları ilə boşluğu aradan qaldırmaq üçün ölkə bərpa olunan enerji mənbələrinə keçid səylərini iki dəfə artırmalı, o cümlədən maliyyələşdirməni təmin etməlidir. Ayrılmış müddətdən və büdcədən kənar çıxmamaq üçün hərtərəfli sınaq, habelə tənzimləyici, mühəndislik və maliyyə təşkilatlarına birgə dəstək tələb olunacaq", - BCG hesab edir.
Şirkətin analitikləri Azərbaycanda bu istiqamətdə ixtisaslı kadrların sayını artırmağı vacib hesab edirlər. "Xüsusilə ixtisaslı kadrların olmasını təmin etmək vacibdir. Bu işdə, xüsusilə, iqtisadiyyatın yeni sektorları üçün kadr hazırlamağa yönəlmiş ali məktəblərdə ixtisaslaşdırılmış təhsil və yenidən təhsil proqramları kömək edə bilər. Bu cür proqramların yaradılması və tətbiqi növbəti bir-iki ildə həll edilməli olan ilk vəzifədir", - Kosaç hesab edir.
Tədqiqata görə, dünyada enerji keçidinin maliyyələşdirilməsi üçün 2030-cu ilə qədər $37 trilyon həcmində investisiya lazımdır. Bu günə qədər ən çox $19 trilyon ayrılıb ki, bu da $18 trilyon məbləğində kəsir deməkdir. "Elektrik şəbəkələri kifayət qədər keçid qabiliyyətini təmin etmək üçün günəş və külək enerjisi istehsalı üçün yeni güclərdən az investisiya tələb etmir. Neft-qaz sektorunda mərhələli azalma baş versə də, fasiləsiz enerji tədarükünü təmin etmək üçün seçici investisiya qoyuluşuna ehtiyac qorunacaq", - şirkətin analitikləri hesab edirlər.
Nəşrdə qeyd olunur ki, karbon neytrallığına nail olmaq ssenarilərinin əksəriyyəti 2030-cu ilə qədər enerji resursları strukturunda neft və qazın payının 2021-ci ilin səviyyəsindən 50-80%-ə enəcəyini nəzərdə tutur, amma bu gün mövcud enerji resursları 2030-cu ildə və daha sonra ehtiyacları ödəmək üçün kifayət olmayacaq. Bu səbəbdən neft və qaz hasilatını ən az xərclə və minimum miqdarda karbon tullantıları ilə həyata keçirməyə imkan verən layihələri inkişaf etdirmək lazımdır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət