Prezident İlham Əliyev Koreya şirkətlərini Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərində iştirak etməyə dəvət edib.
Azərbaycan liderinin saytında verilən məlumata görə, Əliyev Koreya Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Yun Sok Yola təbrik məktubu ünvanlayıb.
“Koreya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan-Koreya dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. Dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir”, - deyə təbrikdə bildirilir.
Əliyev vurğulayıb ki, Koreya şirkətləri uzun illərdən bəri Azərbaycanda çox uğurla fəaliyyət göstərir. “Ölkənizi təmsil edən şirkətlər işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərinə istehsal etdikləri qabaqcıl və müasir texnologiyalar vasitəsilə töhfə verə bilərlər. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə böyük potensiala malik olan münasibətlərimizi və səmərəli əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik”, - deyə Azərbaycan Prezidenti əlavə edib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət