“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına ümumi investisiya qoyuluşu 32,6 milyon manat məbləğində qiymətləndirilir, artıq 10 milyon manat investisiya yatırılıb. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Adıgözəlov deyib.
“Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 5 rezidenti və 1 qeyri-rezidenti var. İndiyədək Sənaye Parkına rezidentlər tərəfindən 10 milyon manat investisiya yatırılıb”, - deyə Adıgözəlov “Vergilər” qəzetinə müsahibəsində bildirib.
O vurğulayıb ki, hazırda Sənaye Parkında bir şirkət - “Avto Lizinq Azərbaycan” MMC fəaliyyət göstərir. “Bir neçə müəssisənin də 2024-2025-ci illərdə istifadəyə verilməsi planlaşdırılır. Bu layihələrin həyata keçirilməsi 420 yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə sədr müavini qeyd edib.
Adıgözəlov əlavə edib ki, hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən təqdim edilən 5 layihəyə baxılır.
Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye Parkı 200 hektar ərazini əhatə edəcək. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazidir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət